İşğalçının nəfəsini kəsməliyik

"Görünür, bu səfərlərlə işğal məsələsində fərqli siyasi qüvvələrin eyni mövqedən çıxış etdiklərini erməni cəmiyyətinə aşılamaq istəyirdilər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu Levon Ter-Petrosyanın ardınca Robert Köçaryanın Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, bu səfərlər heç də Sərkisyanın düşündüyü kimi müsbət effekt verməyəcək: " Levon Ter-Petrosyan o siyasi fiqurlardan deyil ki, artan itkilərlə bağlı prezident Serj Sərkisyana ciddi dəstək versin: "Ermənistan hakimiyyətinə əlavə maliyyə lazımdır ki, ölən hərbçilərin aiələrinin sosial təminatlarını vaxtlı-vaxtına ödəsin. Belə bir vədi könüllülərə də veriblər. Yəni Ermənistan vətənfdaşları könüllü surətdə işğal altındakı torpaqlarda qulluq etməyə razılıq versələr, onlara da gələcəkdə sosial müavinətlər ayrılacaq. Ona görə də elə etməliyik ki, düşmən o qədər itki versin ki, Ermənistan büdcəsi sosial təminatı yerinə yetirməkdə aciz qalsın. Müharibə həm də puldur. Biz torpaqlarımızı işğaldan azad etmək üçün istəilən qədər pul xərcləməyə hazırıq, düşmənin isə belə bir lüksü yoxdur. Ona görə xərclərlə də işğalçının nəfəsini kəsməliyik. Dağlıq Qarabağ onsuz da Ermənistana böyük yükdür, onlar üçün bu yükü bir az daha ağırlaşdırmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00