Ümummilli Liderin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilir

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol turniri keçirilir.Nazirlikdən "Olaylar"a verilən məlumata görə, mayın 7-də start verilən və 14 komandanın iştirak etdiyi turnir iyunun 4-də başa çatacaq. Turnirdə ilk dörd yeri tutan komandalara və fərqlənən idmançılara diplom və mükafat, turnirin qalibinə isə kubok təqdim ediləcəkdir. Qeyd edək ki, 2009-cu ildən başlayaraq bu cür turnir ənənəvi olaraq hər il təşkil edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00