Əli Məsimli Riqada konfransa qatılacaq
12 May 2016 12:49 SosialMilli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının və Baltik Nazirlər Şurasının təşkil etdiyi konfransda iştirak etmək üçün mayın 12-dən 14-dək Latviyanın Riqa şəhərində səfərdə olacaq. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, "Baltik regionunda təhlükəsizlik: hazırki vəziyyət və perspektivlər" mövzusuna həsr olunmuş konfransda regionda medianın gücləndirilməsi, hibrid təhlükələrə qarşı mübarizə, NATO və Avropa İttifaqı arasında strateji əməkdaşlığın Baltik perspektivi barədə müzakirələr aparılacaqdır. Əli Məsimli gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, qeyd və təkliflərini bildirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00