Sürücü dərəyə düşmüş avtomoboldən xilas edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda, Bakı-Qazax yolunun 54-cü kilometrliyində "KAMAZ" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə düşmüşdür. Nəticədə, avtomobilin sürücüsü xəsarət almış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00