KM Palatasını iclası keçirilib
21 Aprel 2016 17:04 SosialKonstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 228.2-ci və Mülki-Prosessual Məcəllənin 53-cü, 149.2.3-cü və 218.3-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb. Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 6-na təyin edilmiş iclasında baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00