Şəhid Nazim Abdullayevin anım mərasimi keçirilib
21 Aprel 2016 17:00 SosialII Fəxri xiyabanda dəfn olunan kəşfiyyatçı, cəsur döyüşçü, "Azərbaycan Bayrağı" ordeni kavaleri Nazim Xanlar oğlu Abdullayevin anım məraismi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, döyüşçünün məzarını ziyarət edənlər onun keşməkeşli və şərəfli həyat yolundan, vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açıblar. Tədbirdə çıxış edən millət vəkili Mahir Abbaszadə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalan Nazim Abdullayevin timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib. Deputat şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu deyib. Eləcə də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı vurğulayıb. Tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Karabakhmedia.az saytının təşkilati dəstəyi ilə keçirilib.