Sosial Elmlər Konqresi keçiriləcək

Mayın 16-17-də Gənc Sosial Elmlər Konqresi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Türk Dünyası Araşdırmalar Vəqfindən daxil olub. Bildirilib ki, sayca üçüncü dəfə keçiriləcək konqres Türkiyənin İstanbul şəhərində baş tutacaq. Üçüncü Türk Dünyası Gənç Sosial Elimlər Konqresində başda ədəbiyyat, tarix, olmaqla fəlsəfə, sosialogiya, iqtisadiyyat, hüquq və siyasət sahəsində müzakirələr aparılacaq. Konqresdə Azərbaycandan da sosial elmlərlə məşğul olan gənclərin iştirakı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00