Zərərli vərdişlər və onların törətdiyi fəsadlar müzakirə edilib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2016-cı il iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə 2016-cı il aprel ayının 15-də 32 №-li orta məktəbdə yuxarı sinif şagirdlərinin, psixoloqların və valideynlərin iştirakı ilə "Zərərli vərdişlər və onların törətdiyi fəsadlar" mövzusunda tədbir təşkil edilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon Komissiyasının sədri Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşı, polis mayoru Məryəm Ömərova və digərlərizərərli vərdişlər, onların törətdiyi fəsadlar haqqında tədbir iştirakçılarını məlumatlandırıblar. Tədbirdə qeyd olunub ki, gənc nəslin sağlam ruhda böyümələri, zərərli vərdişlərdən birdəfəlik uzaq durmaları istiqamətində hər birimiz əməli fəaliyyət göstərməli, bu istiqamətdə təbliğat işlərini daha da gücləndirməli, yerlərdə mütəmadi görüşlər keçirməliyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00