Sabah 28 dərəcə isti olacaq
19 Aprel 2016 12:50 SosialSabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, aprelin 20-də paytaxt və yarımadada cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 21-26, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq. Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 18-23 dərəcə isti olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00