Gənclərimiz Avropa Gənclər Forumunun yığıncağında təmsil olunub
19 Aprel 2016 11:57 SosialGənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Baş katibi Seymur Huseynov Brüsseldə Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu üzvlərinin növbədənkənar Baş Assambleyasında iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Avropa Gənclər Forumunda təmsil olunan 99 gənclər təşkilatları milli şurasının və beynəlxalq gənclər təşkilatlarının 300-ə yaxın təmsilçisi iştirak edib. Assambleyada Avropa Gənclər Forumu üzvləri bir sıra mövzular üzrə qətnamə və digər sənədlər qəbul edilib. Baş Assambleya çərçivəsində Avropa Gənclər Forumunun prezidenti tərəfindən illik proqram hesabatı təqdim edilib və qəbul olunub. Eyni zamanda, Avropa Gənclər Forumunun 20 illiyi ilə bağlı Avropa Komissiyasının Vitse-Prezidenti cənab Kateinen və Avropa Birliyinin Təhsil, Mədəniyyət, Gənclər və İdman məsələləri üzrə Komissioneri cənab Navraksisin iştirakı ilə rəsmi tədbir təşkil olunub.