Sabah Bakıda daha bir küçədə təmir işlərinə başlanılır

Aprelin 19-da səhər saat 10:00-dan etibarən Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir-tikinti işlərinə start verilir. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən  verilən məlumata görə, sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00