“Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi açılacaq

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aprelin 22-28-i tarixlərində Muzey Mərkəzində "Siyasətdən kənar" adlı müasir incəsənət sərgisi təşkil ediləcək. Nazirliyin mətbuat xidmətindıən "OLAYLAR"-a bildirilib ki, sərgi Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində ölkəmizə çoxsaylı xarici qonaqların, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, dünya səviyyəsində tanınmış şəxsiyyətlərin gəlişi münasibəti ilə, Azərbaycan təsviri incəsənətinin təbliği, görkəmli Azərbaycan rəssamlarının yaratdıqları nadir sənət incilərinin nümayişi, milli incəsənətimizin təbliği məqsədi ilə keçirilir. Sərgidə plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi üzrə olmaqla İncəsənətimizin Qobustan qayaüstü təsvirləri, orta əsr miniatürləri, memarlıq və xəttatlıq kimi qədimliyinə əsaslanan, 20-ci əsr rəssamlarının və müasir rəssamların davam və inkişaf etdirdikləri ənənələr üzərində formalaşaraq ərsəyə gətirilmiş nadir sənət inciləri, yüksək bədii dəyərə malik olan əsərlər göstəriləcəkdir. Əsərlərin əksəriyyəti geniş tamaşaçı auditoriyasına ilk dəfə təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00