112297 nəfər tibbi müayinədən keçib
18 Aprel 2016 17:25 SosialAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun Suraxanı rayonunda əhalinin pulsuz tibbi müayinəsi həyata keçirilir. "OLAYLAR"-ım xəbərinə görə, rayon əhalisinin tibbi müayinəsinin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilərayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunub. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada 15 fevral tarixdən əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
Ümumilikdə rayonda 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20296 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Bu günə qədər Suraxanı rayonunda 112297 nəfər vətəndaş və 135 dən çox müəssisənin kollektivi tibbi müayinədən keçib.