Kürdəmir rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib
18 Aprel 2016 17:20 Sosial"Azəriqaz" İstehsalat Birliyi tərəfindən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, Kürdəmir rayonunun daha iki kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 186 abonenti olan Axtaçı Qarabucaq və Qoçalı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 25834 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.