Uşaqların şair publisist Məzahir Süleymanzadə ilə görüşü keçirilib
18 Aprel 2016 17:10 Sosial"AtaHolding" ASC-nin təşkilatçılığı ilə "Excelsior Hotel & Spa Baku" otelində tanınmış şair - publisist, Əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı laureatı Məzahir Süleymanzadə ilə Bakının müxtəlif məktəblərində təhsil alan istedadlı şagirdlərin görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "Qarabağdan gələn var..." adlı görüşdə ttanınmış yazıçı, Əməkdar jurnalist Fazil Güney uşaqların "Məzahir baba" kimi tanıdıqları Məzahir Süleymanzadənin həyat və yaradıcılığı haqqında məlumat verib. Uşaqlar yazıçı ilə canlı ünsiyyətdə olublar, onun şeir və nağıllarını dinləyiblər. Sonda uşaqlara hədiyyələr verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00