Bir neçə ərazidə yolların xətlənməsi aparılır

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın bir-neçə küçə və prospektində yol cizgi, yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi və zəruri olan yerlərdə yol nişanlarının yenilənməsi, yeni nişanların quraşdırılması işlərinə start verilir. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, işlərin aparıldığı ərazilərdə avtomobillərin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Sadalanan işlər bu gün, yəni 18 aprel saat 16:00-dan başlayır və 19 aprel səhər 6:00-dək davam edəcək. İşlərin aparıldığı ərazilər: Tbilisi prospekti - "İzmir" dairəsindən "20 Yanvar" dairəsinədək olan hissə, Ziya Bünyadov prospekti - "Xutor" yol qovşağından "20 Yanvar" dairəsinədək olan hissə, Moskva prospekti, "Biləcəri enişi" və "Biləcəri" dairəsi, eləcə də Beynəlxalq Avtovağzal kompleksinin qarşısından keçən yolun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxan hissəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00