SOCAR xeyriyyə marafonunda iştirak edəcək
18 Aprel 2016 15:15 SosialHeydər Əliyev Fondunun təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə mayın 1-də "Bakı Marafonu- 2016" keçiriləcək. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, xeyriyyə məqsədilə təşkil edilən Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək. Yüzlərlə SOCAR işçisinin marafona qoşulması gözlənilir. Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr məsafə qət edilməklə Bakı Olimpiya Stadionunda başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00