Yükdaşıma azalıb, sərnişindaşıma isə artıb
18 Aprel 2016 14:56 SosialNəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-mart aylarında 48,1 milyon ton yük və 437,3 milyon sərnişin daşınmışdır. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,6 faiz azalmış, sərnişin daşınması isə 1,7 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəniz, dəmir yolu və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur. Yüklərin 58,5 faizi avtomobil, 31,8 faizi boru kəməri, 7,0 faizi dəmir yolu, 2,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır.