İnformasiya və rabitə xidmətlərinin həcmi 8,9 faiz artıb
18 Aprel 2016 14:55 Sosialİnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 372,8 milyon manatlıq xidmətlərin 71,6 faizi əhali sektoruna aid olmuşdur. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8,9 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2016-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6793,4 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 1784,6 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunmuş gəlir 2,4 faiz artmış, ticarət şəbəkəsində 3429,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3363,5 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.