İxrac malları idxalı üstələyib
18 Aprel 2016 14:53 Sosial2016-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 2203,3 milyon ABŞ dolları təşkil etmişdir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ticarət dövriyyəsinin 1223,4 milyon dollarını və ya 55,5 faizini ölkədən ixrac olunmuş məhsullar, 979,9 milyon dollarını (44,5 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 243,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 30,0 faiz, o cümlədən ixrac 20,6 faiz, idxal isə 42,7 faiz azalmışdır. Ticarət dövriyyəsinin 46,3 faizi Avropa İttifaqı ölkələrinin, 12,0 faizi MDB üzvü ölkələrinin, 41,7 faizi isə digər ölkələrin payına düşmüşdür.
İdxal olunmuş məhsulların dəyərinin 31,7 faizi Avropa İttifaqı ölkələrinin, 17,6 faizi MDB üzvü ölkələrinin, 50,7 faizi isə digər ölkələrin payına düşmüşdür. İxrac edilmiş məhsulların 58,0 faizi Avropa İttifaqı ölkələrinə, 7,5 faizi MDB üzvü ölkələrinə, 34,5 faizi isə digər ölkələrə göndərilmişdir. 2016-cı ilin yanvar-fevral aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 46,4 faiz azalaraq 174,3 milyon dollar təşkil etmişdir.