Problemli kreditlər 6,5 faiz təşkil edib
18 Aprel 2016 14:52 Sosial2016-cı ilin mart ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 20327,4 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatlarına görə, onun 15565,9 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il mart ayının 1-i ilə müqayisədə 1,8 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,5 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il mart ayının 1-nə 8077,3 milyon manat təşkil etmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00