Qazaxıstan erməniləri məyus etdi
18 Aprel 2016 14:51 SosialQazaxıstanın paytaxtı Astanadakı Levon Mirzoyan kücəsi atrıq akademik Kanış Satpayevin adını daşıyacaq. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili Sahib Alıyev Qazaxıstandakı erməni diasporunun bundan narazı qaldığını qeyd edib: "Ermənistanda Azərbaycanın dövlət başçısının istəyilə belə bir addımın atıldığını bildirirlər". Sahib Alıyev deyib ki, Dağlıq Qarabağdan olan, öncə Azərbaycanda, sonra da Qazaxıstanda Kommunist Pariyasının birinci katibi vəzifələrində çalışmış Levon Mirzoyan özünün qaniçənliyi, müsəlman və türk düşməni olmasıyla ad çıxarmışdı: "Qazaxıstanda birinci katib vəzifəsində çalşarkən Stalinə 3 min ziyalının öldürülmək üçün siyahısını göndərən bu erməni cəlladı razılıq alandan sonra "planı" artıqlamasıyla yerinə yetirmişdi. Üç min əvəzinə 4 min qazax ziyalısını güllələtmişdi. Ötən əsrin otuzuncu illərinin əvvəllərində iki milyona yaxın adamın aclıqdan öldüyü, əhalinin 48 faizinin köçüb getdiyi Qazaxıstanda üstəlik bu cür erməni terroru da baş vermişdi. Gec də olsa ədalət öz yerini tapdı. Mizoyan küçəsnin adı dəyişdirildi. İnid o, Qazaxıstanın Elmlər Akademiyasının ilk prezidenti olmuş Kanış Satpayevin adını daşıyır. Levon Mirzoyan kimilərin məhv etməyə macal tapmadıqları dəyərli bir qazax ziyalısının".