Qaradağ Sənaye Parkında malların idxalı 5 il gömrük rüsumundan azad edilir

"Ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə iqtisadi islahatların dərinləməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 18-də keçirilən iclasında sözügedən komitənin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, elə bu məqsədlə, yəni, iqtisadi islahatların, yeni iqtisadi şəraitin tərkib hissəsi olaraq ölkə Prezidenti tərəfindən parlamentə paket şəklində 3 qanun layihəsi göndərilib. O, bildirib ki, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında" və Vergi Məcəlləsinə eyni adda dəyişikliyin edilməsi təklif olunur. Yəni, təklif olunan dəyişikliyə əsasən, müvafiq qanunlarda "tərəflərə işləyən" sözlərindən sonra "habelə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olnan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı ilin mayın 1-dən 5 il müddətinə)" sözləri əlavə edilir. Yəni, həmin sahə daha 5 il müddətinə Əlavə Dəyər Verfisindən (ƏDV) azad olunur. Komitə sədri deyib ki, MM ötən 3-4 ay ərzində iqtisadi və hüquqi qanunvericiliyə çoxsaylı əhəmiyyətli dəyişiklikləri nəzədə tutan qanun layihələrini müzakirə və qəbul edib. "İslahatların tərkib hissəsi kimi ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Həm bu qurumun təşkili, həm iqtisadi islahatlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi ölkənin yeni iqtisadi mənzərəsini yaradır və bu mənzərənin ab-havası gündən-günə hiss olunur. Bir sözlə, ölkə Prezidenti tərəfindən dünyadakı qlobal risqlər nəzərə alınmaqla, ölkənin iqtisadi inkişafı, bu yöndə qanunverciliyin təkmillləşdirilməsi üçün əlverişli imkanlar və şərait təmin olunur. Bir daha qeyd edirəm ki. sözügedən qanunlara təklif olunan dəyişilkiyin mahiyyətində də bunlar dayanır"-deyə, komitə sədri əlavə edib. Onu da qeyd edək ki, Qaradağ Sənaye Parkında rezidentin fəaliyyət məqsədləri üçün də bütün növ malların idxalı 5 il müddətinə gömrük rüsumundan azad edilir. "Gömrük tarifi haqqında" qanuna təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir. Eyni zamanda, qeyd edək ki, "Gömrük tarifi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan respublikası Prezidentinin 3 iyun 2015-ci il tarixli, 1255 nömrəli sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Ölkəmizdə yeni sənaye sahəsi kimi fəaliyyətə başlayan gəmiqayırma sahəsinin inkişafını təmin etmək məqsədilə qanunvericiliyə edilməsi nəzərdə tutulan bu dəyişikliklər özündə aşağıdakı məsələləri ehtiva edir: Bu fəaliyyətlə məşğul olan şəxslərin həmin fəaliyyətin məqsədləri üçün idxal etdikləri bütün növ malların gömrük rüsumlarından və ƏDV-dən azad edilməsini, gəmiqayırma fəaliyyətinin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunmasını, bu fəaliyyətə cəlb edilmiş əcnəbilərin məcburi dövlət sığortasından azad edilməsini, bu məqsədlə ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazəsinin alınmasından azad olunması və müvəqqəti yaşamaq hüququnun verilməsini.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00