Cəlilabad rayonu, Şabanlı kəndində vətəndaşa məxsus 6 otaqlı evg yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evə bitişik olan tövlə yanğından mühafizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00