Göldə batan Qaradağ sakinin cəsədi tapılıb
18 Aprel 2016 14:08 Sosial16 aprel 2016-cı il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) batmış 1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlunun cəsədi tapılıb. "Olaylar" FHN-in saytına istinadən xəbər verir ki, cəsəd Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:05-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00