Türk Dünyası Araşdırmalar Vəqfindən şəhid pilotun övladlarına dəstək

Şəhid hərbi pilot, mayor Təbriz Musazadənin Türk Dünyası Bakı Atatürk Liseyində təhsil alan iki övladının ali təhsilləri, hətta ali təhsildən sonrakı bütün magistratura xərcləri belə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən ödəniləcək. Bu barədə məlumat "OLAYLAR"-a Liseydən daxil olub. Bildirilib ki, Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Közhan Yazqan qərar verib.
Qeyd edək ki, mayor Təbriz Musazadənin övladları Tayfun və Onur Türk Dünyası Bakı Atatürk Liseyindəki təhsil haqlarından da azad ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00