Cəbhə xəttində kənd təsərrüfatı inkişaf etdirilir
18 Aprel 2016 14:06 SosialAğdam Rayon İcra Hakimiyyətində kənd təsərrüfatında aparılan işlər müzakirə olunub. "OLAYLAR"-ın xəbərinə görə, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyətində müvafiq idarə müəssisələrin, ərazi nümayəndələrinin, bələdiyyələrin iştirakı ilə kənd təsərrüfatı sahəsində görülən işlər və gələcəkdə nəzərdə tutulan tədbirlərlə bağlı iclas keçirilib. Tədbirdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edirdi. İclasda rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov görüləcək işlər barədə danışaraq, rayonun bir sıra kəndlərinin cəbhəyanı ərazilərdə yeləşməsinin çətinliklərinə baxmayaraq nəzərdə tutulan işlərin tam sürətilə aparılmalı olduğunu bildirib. Qeyd edib ki, hazırda respublikanın hər yerində olduğu kimi Ağdam rayonundada kənt təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət göstərilir və görülən işlər dövlət tərəfindən dəstəklənir. Digər çıxış edənlər bu günə kimi gördükləri və gəlcəkdə görəcəkləri işlər barədə məlumat veriblər. Həmçinin yaranan bəzi çətinlikləri də qeyd ediblər. Qeyd edək ki, bu il ərzində Ağdam rayonunda 1036 ha sahədə pambıq əkini nəzərdə tutulub. Bunun üçün müəyyən şəxslərlə müqavilələır bağlanıb və pambıq əkininə hazırlıq tam gücü ilə aparılır.