Yavər Camalov “DSA-2016” sərgisinə qatılıb
18 Aprel 2016 14:03 SosialAprelin 18-də Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu "DSA-2016" XV Asiya müdafiə xidmətləri sərgisinin rəsmi açılışı olub. Nazirlikdən verilən məlumata görə, açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib. Dünyanın ən böyük beş müdafiə sərgisindən biri olan "DSA-2016"-da Müdafiə Sənayesi Nazirliyi müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirir. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə sentyabrda Bakıda keçiriləcək "ADEX-2016" ikinci beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar verilir və dəvətlər çatdırılır.