Yazlıq bitkilərin səpininə başlanıb
18 Aprel 2016 13:37 SosialKənd təsərrüfatında yaz-tarla işləri aparılır və aprel ayının 1-nə kimi 120,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Statistika Komitəsindən verilən məlıumata görə, bu dövrdə 8,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 1,9 min hektar sahədə qarğıdalı, 28,0 min hektar sahədə kartof, 25,4 min hektar sahədə tərəvəz, 4,8 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 1,3 min hektar sahədə dən üçün günəbaxan, 1,2 min hektar sahədə pambıq, 45,0 min hektar sahədə çoxillik otlar və 0,3 min hektar sahədə birillik otlar əkilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 17,7 min baş çoxalaraq 2719,6 min başa, qoyun və keçilərin sayı 43,6 min baş çoxalaraq 8828,0 min başa çatmışdır. Bu dövrdə diri çəkidə ət istehsalı 1,8 faiz artaraq 111,8 min ton, süd istehsalı 3,2 faiz artaraq 440,9 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 407,0 milyon ədəd olmuşdur.