Paytaxtın şimal girişində hərəkət qismən məhdudlaşdırılacaq

Aprelin 18-də, axşam saat 22:00-dan aprelin 19-u səhər saatlarınadək paytaxt Bakının şimal girişində, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun şəhərə doğru olan istiqamətində, Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumat görə, təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Bu üzdən həmin zolaqlarla avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bakı şəhərinə doğru istiqamətdə olan avtonəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00