Regionda sülh və təhlükəsizlik Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir
Məhəmməd Əsədullazadə: “Üç günlük müharibə Yaxın Şərqdə və regionda baş verən hadisələrin nəticəsi idi”
18 Aprel 2016 12:32 SosialAprelin ilk gümlərindən təmas xəttində baş verən erməni təxribatı və buna qarşı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar beynəlxalq birliyin diqqətinə yenidən Cənubi Qafqaza, daha doğrusu Qarabağ probleminə yönəltdi. Azərbaycan tərəfinin "münaqişə hər an alovlana bilər" kimi xəbərdarlıqlarına indiyə qədər məhəl qoymayan dünya birliyin in canına aprel əməliyyatlarından sonra sanki bir istilik keçdi. Artıq bir xeyli müddətdir ki, beynəlxalq güclər, xüsusilə Rusiya Dağlıq Qarabağ probleminin həlli yollarının axtarışına çıxıb. Hər halda təmas xəttinda baş verənlərdən dərhal sonra bu ölkənin baş naziri Dmitri Medvedev, xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və digər rusiyalı rəsmilərin regiona səfərləri və həmin səfərlər zamanı əsas etibarilə Qarabağ probleminin həlli istiqamətində müzakirələrin aparılması belə deməyə əsas verir. Bəs görəsən doğrudanmı Dağlıq Qarabağda sülhə nail olmaq zamanı yetişib və yaxınlarda belə bir situasiya baş verəcəkmi? Ən əsası əldə olunan sülh prosesi Azərbaycanın maraqlarına nə dərəcədə cəvab verəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası mümkün olacaqmı?
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyir ki, aprelin 2-dən 5-nə kimi Qarabağda davam edən müharibə və Azərbaycanın ciddi şəkildə uğurlu əməliyyat həyata keçirməsi dondurulmuş Qarabağ münaqişəsinin donunu açmış oldu və bu problem yenidən beynəlxalq birliyin diqqət mərkəzinə yönəldi: "Və bir daha xatırladıldı ki, Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbul olunmazdı, bu münaqişə istənilən an alovlana bilər. Ermənistanın 20 ildən artıq "qələbə" ovqatı" və Minsk qrupunun az qala Azərbaycana "reallıqla barış" mövqeyi də Azərbaycanın qətiyyətli addımı ilə yaddan çıxdı. Artıq münaqişənin həlli istiqamətində Minks qrupunun səylərini artıracağı görüntüsü yaranır. Birləşmiş Ştatlar və Avropa Birliyinin söz sahibi olan ölkələri iyirmi ildən artıq davam edən Qarabağ münaqişəsində Azərbaycana ciddi dəstək verməsələr də, işğal olunmuş ərazilərimizin danışıqlar yolu ilə Rusiyanın təzyiqi ilə Ermənistan tərəfindən qaytarılması real görünmür. Rusiya bu, münaqişədə öz şərtlərini qəbul etdirməyincə, konflikti yubadacaq". Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya öz hərbi qüvvələrini sülhməramlılar adı altında Qarabağda yerləşdirmək istəyir: "Rusiya öz "sülhmərmalı qüvvələrini" Dağlıq Qarabağda yerləşdirmiyincə,5 rayonun qaytarılması yenidən danışıqlar predmeti olacaq və proseslər uzanacaq. Bu gün Rusiyanın təklif etdiyi 2011 ci il " Kazan formulu" yenidən gündəmdədir. Ancaq Azərbaycanın bu formulu qəbul etməsi, milli təhlükəsizliyimizə təhdiddir. Xatırladım ki, Kazan 2011-ci ildə Rusiyanın baş naziri Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə təklif olunmuş təkliflərə əsasən işğal altındakı 5 rayonun qaytarılması, münaqişə bölgəsinə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi və Dağlıq Qarabağın statusunun qeyri-müəyyən müddətə müəyyən edilməsi nəzərdə tutulur. Bu isə Dağlıq Qarabağın Laçın və Kəlbəcər rayonları ilə birlikdə qeyri-müəyyən müddətə Ermənistanın nəzarətində qalacağı deməkdir. Əraziyə sülhməramlı adı altlında rus qoşunlarının yerləşdirilməsindən sonra Azərbaycan heç vaxt həmin əraziləri hərbi yolla qaytara bilməz. Birləşmiş Ştatlar və Avropa Birliyinin siyasi, enerji maraqlarını Cənubi Qafqazda əngəlləyən, məhz Ermənistanın Azərbaycana qarşı işğal faktoru və bu işğal arxasında duran Rusiyadır. Azərbaycan üç günlük aprel müharibəsində ciddi üstünlük əldə etdi və Rusiyanın müdaxiləsi ilə atəşkəs elan olundu. Amma, danışıqlarda irəlləyiş olmasa, atəşkəs kövrəkdi və hər an müharibə fazasına keçmək riskindədədir". İnstitut rəhbərinin sözlərinə görə, Azərbaycan üç günlük müharibədə Birləşmiş Ştatlar və Avropa Birliyinin ərazi bütövlüyümüzə dəstəyini aldı vəə bu dövlətlər, Ermənistanın cəzalandırılmasını susqunluqla qarşıladılar. ABŞ işğal olunmuş ərazilərin boşaldılmasını ilk gündən həmsədrinin dili ilə bəyan etdi". Məhəmməd Əsədullazadə bildirib ki, Yaxın Şərqdə gedən müharibələr və Rusiyanın Birləşmiş Ştatlar tərəfindən izolyasiyası, Cənubi Qafqazda həyata keçirilən ssenaridə işə salınıb: "Amma Birləşmiş Ştatların susqunluğu və Rusiyanın aktiv müdaxiləsi bunun qarşısın alır. ABŞ Rusiyanın getdikcə çevrəsini daraldır. İranla münasibətlərin qurulması, İran üzərindən sanksiyaların müəyyən qisminin götürülməsi, Kuba ilə əlaqlərin normallaşması, Suriyada gedən müharibə Cənubi Qafqazda da özünü göstərməli idi. Üç günlük müharibə Yaxın Şərqdə və regionda baş verən hadisələrin nəticəsi idi və Azərbaycan işğalçıya və onun havadarına böyük zərbə vurdu. Ərazi bütövlüyümüzün təmin olunması, Avropanın təhlükəsizliyinə və Birləşmiş Ştatların region siyasətinin maraqlarına uyğundur. Amma,bu başlanğıcıdır, proseslər qabaqdadır. Birləşmiş Ştatlar və Avropa Birliyi Cənubi Qafqazda enerji siyasəti, Azərbaycanın bu siyasətdə rolu, bu dövlətlərin ölkəmizə maraqlarını artırmaqdadır. Hesab edirəm ki, regionda sülh və təhlükəsizlik,Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir".
Süleyman