Zərifə Əliyevanın xatirəsi anılıb

Binəqədi rayonunda Azərbaycanda Aftolmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, öncə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın rayonun 6-cı mikrorayon ərəzisində yerləşən Zərifə Əliyeva parkına gələrək görkəmli oftolmoloq-alimin abidəsini ziayrət ediblər, onun xatirəsi ehtiramla anılıb. Anım mərasimində YAP Binəqədi rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva Zərifə Əliyeanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər barədə danışıb. Xatirə günündə bir daha qeyd olundu ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00