İncəsənət ustalarının Silahlı Qüvvələrə dəstək konsertləri davam edir
18 Aprel 2016 12:06 SosialAprelin əvvəlində cəbhə xəttində baş verən hadisələrlə bağlı Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan mədəniyyət ocaqlarında ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon tədbirləri keçirilir, ordumuza dəstək ifadə edilir. "OLAYLAR"-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrə dəstək məqsədilə incəsənət ustalarının Müdafiə Nazirliyinin Naftalan şəhərində yerləşən N saylı hərbi hissəsində konsert proqramı təşkil edilib. Azərbaycan Ordusuna dəstək nümayiş olunan konsert proqramında müğənnilərdən Aynur İsgəndərli, Fəxri Kazım Nicat, Mirkamil Kamilov vətənpərvər ruhlu mahnılar ifa ediblər. Xanəndə Nigar Şabanovanın ifasında xalq mahnıları, muğam və təsniflər səsləndirilib. Onu tarda Rövşən Qurbanov, kamançada Ceyhun Murdov müşayiət ediblər.