Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov aprelin 27-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qəbulda Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Mingəçevir, Tərtər, Ucar, Yevlax, Zərdab rayon və şəhər sakinləri iştirak edəcəklər. Qəbul Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar müqvafiq rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00