Beynəlxalq abidələr və tarixi yerlər günü qeyd olunub
18 Aprel 2016 11:56 Sosial"Beynəlxalq abidələr və tarixi yerlər günü" münasibəti ilə İlisu Dövlət tarix-mədəniyyət qoruğunda tədbirlər planı hazırlanıb və həyata keçirilməsi təmin edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, kənd daxilində yerləşən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidələri "Sumuq qala" və "Ulu məscid", yerli əhəmiyyətli qala "Bürc qala"da da "Açıq qapı" günlərində gələcək qonaqları yüksək səviyyədə qarşılamaq üçün təmizlik və abadlıq işləri aparilıb, qoruq ərazisində yerləşən istirahət evlərinə keçiriləcək "Açıq qapı"günləri haqqında məlumat çatdırılıb. Ölkə əhəmiyyətli tarix-mədəniyyət abidələri "Sumuq qala" və "Ulu məscid", yerli əhəmiyyətli qala "Bürc qala"ya İlisu kənd orta məktəb şagirdlərinin yürüşü təşkil olunub və onlara ərazidə yerləşən tarix-mədəniyyət abidələri haqqında geniş məlumat verilib.