“AtaBank”dan nümunəvi davranış
18 Aprel 2016 11:55 Sosial"AtaBank" son günlər cəbhə xəttində döyüşlərin intensiv getdiyi Ağdam, Füzuli və Tərtər şəhərlərinə Azərbaycanın müxtəlif bölgələrindən göndərilən pul vəsaitlərinin həcminin artdığını nəzərə alaraq "Xəzri" sistemi vasitəsilə göndərilən pul köçürmələri üzrə xidmət komissiyasını ləğv edib. Bankdan "OLAYLAR"-a bildirilib ki, bu güzəşt həmçinin Ağdam, Füzuli və Tərtər filiallarından Azərbaycanın digər regionlarına həyata keçirilən köçürmələrə də şamil edilir.
Xatırlatmaq istərdik ki, "AtaBank" ölkəmizdə Xəzri sisteminə qoşulan ilk bankdır. Xəzri beynəlxalq sürətli pul köçürmə sistemi Kapital Bank tərəfindən 2007-ci ildə yaradılıb. "Xəzri" təcili pul köçürmə sisteminin Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında 3500-dən artıq məntəqədə mövcuddur. Pul köçürmə xidmətlərini "AtaBank"ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür.