Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd olunacaq
15 Aprel 2016 17:50 SosialAzərbaycanın korifey sənətkarı, xalq artisti, Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə tədbir keçiriləcək.
Milli.Az bildirir ki, tədbir 19 aprel saat 14:00-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.
Yubileydə əməkdar artistlər Ayan Mirqasımova, Nailə Mirməmmədli, əməkdar incəsənət xadimləri Aydın Kazımzadə, Rafiq Sadıxov, tanınmış aktyorlar Qorxmaz Əlili, Qasım Səfəroğlu, N.Zeynalovanın nəvəsi Nəsibə Əsgərova və başqaları iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00