"2 alma, 1 limon, mixək..." VIDEO

Dietoloqdan arıqlamaq üçün reseptlər

ATV-nin efirində yayımlanan "Qadına görə" verilişində qonaq olan dietoloq Fuad Məcidov arıqlamaq üçün  detoks içkilərinin hazırlanma qaydasını bildirib: "2 ədəd alma doğrayın, bir çuxuq darçın, 7-8 ədəd mixək, və bir limon, bu qarışığın üzərinə  bir litr qaynar su əlavə edin. Gün ərzində istifadə edin. Su həm də  sağlamlığımızın əsas mənbəyidir. Gilasın saplağı da arıqlamaq üçün çox faydalıdır. 1 ovuc gilas saplağı, bir ədəd limon, 3-4 dənə mixək,  bu qarışığın üzərinə  yarım litr qaynar su əlavə edib, dəmləyin. Metabalizmamiza və ən əsası da artıq çəkidən xilas olmağa çox faydalıdır. Yayda qarpız çox yeməyin. Qarpız kökəlməyə səbəb olur. Şəkər xəstəliyindən əziyyət çəkənlər darçından istifadə etsin. Darçın şəkər xəstəliyi üçün çox faydalıdır. Darçın şəkəri salacaq, metabalizmamızı surətləndirəcək.  Əgər darçının iyisin sevmirsinizsə, bunu zəncəfil, hil, mixəklə əvəz edə bilərsiniz.  Qarşıdan yay fəsili gəlir. Yay fəsili üçün bu reseptin arıqlamaq üçün inanılmaz faydası var: "2 litr soyuq su, 1 ədəd xiyar, 1 çay qaşığı zəncəfil , 1 ədəd limon, 1 ovuc təzə nanə".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00