Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Neftçilər prospektinin Rəsul Rza və Puşkin küçələri ilə kəsişmələri arasında olan hissəsində aprelin 16-sı saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, məhdudiyyət aprelin 18-i səhər saatlarında aradan qaldırılacaq.

Qeyd edilən ərazidə yolun üst lay asfalt qatının çəkilməsi işləri aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00