Atatürk Liseyində şəhidlərimiz yad edildi

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində aprelin əvvəllərində təmas xəttində baş verən döyüşlər zamanı həlak olmuş  şəhidlərimizin anıpm mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edən liseyin direktoru Ali Devrim şəhidlərimizin döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdiklərini, düşmənə ağır zərbələr endirdiklərini bildirib. Onların əziz xatirəsinin hər zaman uca tutulacağını deyən Ali Devrim məlum döyüşlər zamanı şəhid olan igidlərimiz arasında liseyin şagirdləri olan Tayfun Musazadə və Onur Musazadənin ataları Mayor pilot Təbriz Musazadənin də olduğunu diqqətə çatdırıb. Ali Devrim  şəhdiin övladlarının onlar üçün əmanət olduğunu və bu əmanəti göz bəbəyi kimi qoruyacaqlarını söyləyib. Mərasimdə çıxış edən digər natiqlər də şəhidlərin ruhunu ehtiramla yad edib, onların qəhrəmanlıqlarından danışıblar. Sonda liseyin şagirdləri Vətənə, onun qəhrəman oğlullarına həsr olunmuş şerlər səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00