BANM daha bir əməkdaşlıq müqaviləsi imzaladı

Bakı Ali Neft Məktəbi və ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. "OLAYLAR"-ın xəbərinə görə, BANM-nin rektoru Elmar Qasımov qonaqları salamlayaraq ''Azərikimya'' İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevə Ali Məktəblə sıx əməkdaşlığa və dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, imzalanan müqavilənin əsas məqsədi BANM-də bakalavriat səviyyəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və "ömürböyü təhsil" konsepsiyası çərçivəsində biliklərin yayılmasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.
''Azərikimya'' İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan BANM ilə imzalanan müqavilənin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə olan tələbələr üçün böyük rolu olacağına inandığını söyləyib.
Xatırladaq ki, ötən yay BANM-nin "Kimya mühəndisliyi" ixtisası üzrə 42 nəfər II və III kurs tələbəsi yay istehsalat təcrübəsi müddətində ''Azərikimya'' İB-in strukturlarında istehsalat təcrübəsi keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00