“AtaSığorta” icbari sığorta haqlarının ödənişini daha asanlaşdırdı
15 Aprel 2016 16:35 SosialHər zaman müştəri məmnuniyyətinə xüsusi diqqətlə yanaşan "AtaSığorta" ASC sığorta haqlarının ödənilməsi imkanlarının artırılması və tezləşdirilməsi üçün səylərini davam etdirir. "OLAYLAR"-ın xəbərinə görə, "AtaSığorta" ASC-dən icbari avtomobil sığortası əldə etmiş müştərilər sığorta haqqını "eManat" terminal şəbəkəsində rahatlıqla ödəyə biləcəklər. Sığorta haqqının ödənilməsi üçün müştərilər "eManat" terminallarında mobil telefon nömrələrini, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin nömrəsini daxil etməlidirlər. "AtaSığorta" ASC tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli xidmətlə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulub. 2013-cü ildən fəaliyyət göstərən eManat terminalları əsasən market və supermarketlərdə, metro və keçidlərdə, qaz və su idarələrində, müxtəlif ticarət və biznes mərkəzlərində, təhsil və səhiyyə ocaqlarında yerləşirlər. Hazırda bütün ölkə ərazisində 2000-dən çox eManat terminalı fəaliyyət göstərir və burada 80-dək xidmət üzrə ödəniş aparmaq mümkündür.