Bir neçə yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

Aprelin 15-də Neftçala və Qusar rayonunun daha üç kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, Neftçala rayonunda Dördlər (Xol) kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirdə bildirilib ki, 148 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9463 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qusar rayonunun Nəcəfkənd və Aşağı Qələnxur kəndlərində keçirilmiş tədbirdə isə qeyd olunub ki, 81 aboneneti olan kəndlərin qazlaşdırılması məqsədi birpilləli sistem əsasında ümumilikdə 12564 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00