Kənd təsərrüfatı məhsullarının istehsalı 2,7 faiz artıb

Azərbaycanda 2016-cı ilin I rübündə kənd təsərrüfatı istehsalının ümumi həcmi illik müqayisədə 2,7%, o cümlədən, bitkiçilik məhsulları üzrə 9,2%, heyvandarlıq üzrə isə 2,5% artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, hazırda kənd təsərrüfatında yaz-tarla işləri aparılır və aprel ayının 1-nə kimi 120,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 8,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 1,9 min hektar sahədə qarğıdalı (ondan 1,8 min hektarı dən üçün), 28,0 min hektar sahədə kartof, 25,4 min hektar sahədə tərəvəz əkilib. Bundan başqa, qeyd edilən dövrdə 4,8 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 1,3 min hektar sahədə dən üçün günəbaxan, 1,2 min hektar sahədə pambıq, 45,0 min hektar sahədə çoxillik otlar və 0,3 min hektarda birillik otlar əkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00