Astara rayonunda qeyri-adi xuliqanlıq hərəkəti baş verib. DİN-dən verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də Şiyəkəran kənd qəbiristanlığında qəbirlərin üzərindəki 16 ədəd başdaşını sındırmış kənd sakini Firuddin Babayev tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00