Uşaqların şair - publisist Məzahir Süleymanzadə ilə görüşü keçiriləcək
15 Aprel 2016 15:26 SosialAprelin 17- də "Ata Holding" Şirkətlər Qrupunun təşkilatçılığı ilə "Excelsior Hotel Baku" otelində şair - publisist, Əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı laureatı Məzahir Süleymanzadə ilə Bakının müxtəlif məktəblərində təhsil alan istedadlı şagirdlərin görüşü keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, "Qarabağdan gələn var..." adlı görüş uşaqların ifasında Azərbaycan Respublikasının himni ilə açılacaq. Vətən torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad ediləcək. Tanınmış yazıçı, Əməkdar jurnalist Fazil Güney uşaqların "Məzahir baba" kimi tanıdıqları Məzahir Süleymanzadənin həyat və yaradıcılığı haqqında məlumat verəcək. Uşaqlar Məzahir Süleymanzadənin şeirlərini söyləyəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00