“Valideyn himayəsindən məhrum olan uşaqlar təhsil haqqından azad edilməlidir”

Bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin iclasında deyib. Q.Paşayeva qeyd edib ki, bununla bağlı qanunvericilikdə dəyişiklik edilməldir: "Qanunvericilikdə göstərilir ki, valideyn himayəsindən məhrum uşaqlar 18-23 yaş arasında təhsil haqqından azaddırlar. Lakin bu heç də o anlama gəlmir ki, bu kateqoriyadan olan uşaqların hamısı 18 yaşında ali məktəbə daxil olur. Bəzən bu uşaqlar bir neçə ildən sonra universistetlərə daxil olurlar. Bununla da bir neçə kurs geri düşürlər. Belə çıxır ki, həmin uşaqlar yalnız 23 yaşına qədər təhsil haqqından azad olurlar. Qalan illər üçün isə təhsil haqqı ödəməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00