Bu il Azərbaycanda 9 min nikah, 2 mindən artıq boşanma halı qeydə alınıb
15 Aprel 2016 14:02 SosialBu ilin ilk iki ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 9 min nikah və 2,1 min boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,3 olub. Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 445 nəfər gələn və 238 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 207 nəfər təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00