Milli Məclisin iclasında Mərkəzi Seçki Komissiyasının üzvləri və əvəzedici üzvləri seçilib

Parlamentin spikeri Oqtay Əsədov MSK-nın tərkibinin 18 nəfərdən ibarət olduğunu deyib. O.Əsədov bildirib ki, onlardan 6 nəfəri Milli Məclisdə çoxluq təşkil edən, 6 nəfəri azlıq təşkil edən, 6 nəfəri isə bitərəf deputatların təmsilçiləridir. Siyahıda Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Mikayıl Rəhimov, Tofiq Həsənov, Almas Qəhrəmanlı və İlkin Şahbazovun adı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00