Ağcaqanadlardan qoruyan XÜSUSİ QOLBAQ

Analar bilir ki, ağcaqanadlardan daha çox uşaqlar əziyyət çəkir. Bu kiçik, lakin qəddar həşərat gecə-gündüz bilmədən küçədə, evdə uşaqlara hücum edir və meşə, çay qırağı, parkdakı gəzintilərini dözülməz edir. Ağcaqanadlar burun, üz, göz, qulaq, əllər, ayaqlar, bir sözlə, insanın gözlə görülə bilən yerlərində dəriyə qonaraq dişləyir. Bu zaman sözsüz ki, uşaqlar ağlayır, narahat olur, hətta xəstələnirlər. Belə olduqda yayda tətil günləri heç də xoş keçmir. Lakin artıq bu problemə son qoya bilərsiniz. Ağcaqanadların "yeminə" çevrilməmək üçün onlara "müharibə" elan edin. Bu "müharibədə" sizin ən böyük silahınız isə ZAP qolbaqları olacaq. Qolbaqları sizə Vitafarma şirkəti təqdim edir. ZAP-ı ağcaqanadlara qarşı möcüzəvi qolbaq da adlandırmaq olar. Niyə? Çünki...

·         İstifadə edilməsi rahat və sadədir
·         Bilək, topuq və çantanın kəmərinə asanlıqla taxılır
·         İstədiyiniz ölçü üçün uyğun düyməcikləri var
·         Effektini 240 saat qoruyub saxlayır (əgər xüsusi qabında saxlasanız)
·         Tərkibi 100% efir yağından və 70% mikro-fibradan hazırlanıb
·         Ölçüsü: uzunluğu 25 sm, eni 1,8 sm

Zəhərli deyil, allergik təsiri yoxdur. 3 yaşadək olan uşaqların ayaq biləklərinə və ya uşaq arabasının hər hansı yerinə taxmaq məsləhətdir. Bununla uşağın qolbağı ağzına aparmasının qarşısını ala bilərsiniz. Eyni zamanda hamilə və süd verən qadınlar da ondan asanlıqla istifadə edə bilərlər. Çox nadir hallarda qolbağın tərkibində olan hər hansı maddə uşaqda həssaslıq yarada bilər.

ZAP qolbağının tərkibindəki efir yağı həşəratların sevmədiyi yüksək qoxu ifraz edir. Həmin efir yağının hazırlandığı yabanı bitkilər isə Seylon adalarında, İndoneziya, Malayziya və Çində bitir. Efir yağı özü isə Şri-Lanka və İndoneziyada istehsal edilir. Yağlılığı 0,5-1,0 %-dir. Yağın tərkibində geraniol, geranilatsetat, citronellol, borneol və başqa maddələr var.

ZAP qolbaqları yalnız açıq havada istifadə üçün nəzərdə tutulub. Evə gələn zaman qolbağı çıxarıb öz xüsusi qabına qoymaq lazımdır. Taxan zaman heç bir diskomfort hissi yaratmır, yumşaq kəmərli və yüngüldür. Birbaşa dəriyə deyil, uzun qollu geyimləriniz üzərinə də taxa bilərsiniz. Hətta hər iki qolunuza da taxsanız, ağcaqanadlardan daha çox qoruna bilərsiniz.

ZAP qolbaqlarının müxtəlif rəngləri var. Bu isə ondan aksessuar kimi də istifadə etməyə imkan verir.

ZAP qolbaqlarını əldə etmək istəyənlər Vitafarma şirkətinin İnnovita mağazasına müraciət edə bilər. Əlaqə telefonu: (012) 409 22 32 / (012) 432 23 06

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00